AZ

Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Şimali Makedoniya RespublikasınınPrezidenti Qordana Silyanovska-Davkovaya başsağlığı məktubuünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox saydainsanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcəsarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə vəyaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan vəAzərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,yaralananlara şəfa diləyirəm".

Seçilən
42
49
az.trend.az

6Mənbələr