AZ

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar aldı - Mikayıl Cabbarov açıqladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb.

Mia.az xəbər verir ki, bu barədə  SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

O, paylaşımında qeyd edib: "İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir".

Seçilən
101
14
mia.az

10Mənbələr