AZ

Azərbaycanda kimya sənayesi istehsalı 11%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi,əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarınınistehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsaledilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədəəczaçılıq məhsullarının istehsalı 21,4 faiz, kimya sənayesiməhsullarının istehsalı 11,4 faiz artıb, rezin və plastik kütləməmulatlarının istehsalı isə 3,6 faiz azalıb.

Kimya sənayesi məhsullarından polietilen istehsalı 22,5 faiz,etilen istehsalı 12,9 faiz, propen (propilen) istehsalı 5,6 faizartıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdanborular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 11,8 faiz,polietilendən kisə və çantalar istehsalı isə 37,6 faiz azalıb.

Seçilən
29
2
az.trend.az

3Mənbələr