AZ

“Şuşa” restoranının yerində park salınır

Bakı şəhərində yeni park salınır.

Publika.az “Report”a istinadən xəbər verir ki, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar” parkının olduğu ərazidə salınır.

Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.

Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.

Seçilən
59
12
publika.az

10Mənbələr