Bu ilin yanvar-fevral ayları ərzində ölkəyə 146,2 milyon ABŞ dolları dəyərində 7577 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 76,8 faiz və ya 63,5 milyon dollar, say baxımından isə təqribən 2,9 dəfə və ya 5 min ədəd üstələyir.
Ümumilikdə cari ilin ilk iki ayında ölkəyə 288,9 milyon dollar dəyərində 16,7 mindən çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərinin payı 45,2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 25,9 faiz bəndi çoxdur.