İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iranlı diplomat bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mənim MAQATE-nin baş direktoru ilə səmimi və konstruktiv görüş keçirdim. Görüş zamanı İran və MAQATE arasında əməkdaşlıq, nüvə obyektlərinin təhlükəsizliyi və nüvə proqramı ilə bağlı son hadisələr, sanksiyaların aradan qaldırılması kimi iki qalan məsələnin həlli ilə bağlı məsələlər müzakirə olunub",- deyə o qeyd edib.