AZ

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

Bakı. Trend:

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovunrəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisadUniversitetində (UNEC) olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitet vəiş dünyası arasında əməkdaşlığın səmərəliliyin artırılmasından bəhsolunub. Prof.Ədalət Muradov universitetlərin mütəxəssis hazırlığıistiqamətindəki missiyasından və UNEC-də bu istiqamətdə görülənişlərdən söz açıb. Bakı Fond Birjasının İdarə Heyətinin sədriRuslan Xəlilov isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyatakeçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə müəllim və tələbələrin praktiki bilik və bacarıqlarınınartırılması məqsədilə təlimlərin keçirilməsi, birgə layihələrinicrası, Ömürboyu Təhsil Mərkəzi tərəfindən birja mütəxəssislərininhazırlanması məqsədilə mini MBA proqramının təşkili və digəristiqamətlərdə razılıq əldə olunub.

Müzakirələrin sonunda UNEC ilə Bakı Fond Birjası arasında birgəfəaliyyətə dair əməkdaşlıq memorandumu imzalanıb.

UNEC
UNEC
UNEC
Məqalədə:
Seçilən
87
10
az.trend.az

10Mənbələr