AZ

Fransa iqtisadiyyatı ötən ilin sonunda kiçilib

Bakı. Trend:

Ötən ilin dördüncü rübündə Fransa ÜDM-ində 0,1 faiz azalma,G20-nin artımında isə göstərici 0,9 faiz səviyyəsində sabitqalıb.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının (OECD) dərc etdiyi son hesablamalara görə, bu azalmacüzi olsa da G20 zonası daxilində artımın sabitliyi ilə ziddiyyəttəşkil edir.

Qeyd edilən dövrdə Almaniyada 0,2 faiz azalma, İtaliya və BöyükBritaniyada isə yalnız 0,1 faiz cüzi artım qeydə alınıb. Fransanıngeriləməsi bir neçə rüb zəif artımdan (2024-cü ilin üçüncü rübündə+0,4 faiz və ikinci rübdə +0,3 faiz) sonra baş verir ki, bu daölkənin davamlı iqtisadi sürəti bərpa etmək qabiliyyəti ilə bağlınarahatlıqları artırır.

2024-cü il ərzində Fransada 2023-cü ilə nisbətən (0,9 faiz) 1,2faiz illik artım olub. Lakin bu, digər bir sıra G20 ölkələriningöstəricilərindən aşağıdır. İtaliyada isə 0,7 faiz artım qeydəalınıb. G20-nin ümumi artımı 2023-cü ildəki 3,4 faizdən 2024-cüildə 3,2 faizə qədər azalıb.

Məqalədə:
Seçilən
53
2
az.trend.az

3Mənbələr