AZ

La Liqada qalmaqal: "Barselona" "Osasuna" ilə oyuna çıxmaq istəmir

"Barselona" klubu La Liqanın XXVII turu çərçivəsində martın 27-n təyin olunan "Osasuna" ilə görüşə çıxmaq istəmir.

Buna səbəb həmin tarixdə katalonların heyətlə bağlı problem yaşaya biləcəyi ilə bağlıdır. Belə ki, FIFA-nın təqviminə əsasən, rəsmi və beynəlxalq oyunlar keçirmək üçün milli komandaların düşərgələrinə yollanan futbolçular martın 27-dək "Barselona"ya qayıda bilməyəcəklər.

Bu səbəbdən Kataloniya klubunun rəhbərliyi La Liqadan İspaniya Futbol Federasiyasına şikayət ünvanlayacaq.

Qəribədir ki, "Osasuna"nın növbəti səfər görüşü cəmi 1 gün sonra - martın 28-də "Atletik"ə (Bilbao) qarşı olmalıdır. "Barselona" - "Jirona" matçı isə martın 30-a təyin olunub. La Liqa rəhbərliyinin vəziyyətdən necə çıxacağı, təqvimdə hansı dəyişikliklər edəcəyi məlum deyil. 

Qeyd edək ki, "Barselona" - "Osasuna" matçı martın 8-də keçirilməli idi. Lakin meydan sahiblərinin 40 yaşlı həkimi Karles Minaryo Qarsiyanın qəfil ölümü görüşün təxirə salınması ilə nəticələnib. \\Offsideplus.az

Seçilən
34
2
hurriyyet.az

3Mənbələr