AZ

Uşaq oyuncaqlarına 7 milyon ədəd narkotik həb gizlətdilər

İraqda 7 milyon ədəd amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. Belə ki, Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə İraqın müvafiq qurumu arasında əməkdaşlıq öz nəticəsini verib.

Narkotik tərkibli həblər uşaq oyuncaqları və ütü masaları yüklü bir ticarət göndərişində gizlədilibmiş.

Seçilən
59
2
publika.az

3Mənbələr