Kursk vilayətinin Sudjanski rayonundan 24 saat ərzində 42 nəfər təxliyə edilib.
Rusiyanın Kursk vilayətinin Suca şəhərindən son 24 saat ərzində 42 nəfər təxliyə edilib.
Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, bununla Sucadan təxliyə edilənlərin sayı 465-ə çatıb.
Təxliyə edilənlər sığınacaqlara yerləşdirilir.