AZ

ABŞ Bakıya: "Münaqişə bitməli, məhbuslar azad edilməlidir"

"Cənubi Qafqazda münaqişə bitməlidir", Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Uoltz X sosial media hesabında yazıb ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə danışarkən belə deyib.

O əlavə edib ki, "mən ona dedim ki, biz sülh anlaşmasını başa çatdırmalıyıq, məhbusları azad etməliyik, regionu daha təhlükəsiz etmək və rifahı artırmaq üçün birlikdə işləməliyik".

ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi, hökumətinin Azərbaycan və Ermənistanın sülh razılaşması ilə bağlı böyük addım atmasından məmnunluq duyduğunu da qeyd edib.

Rəsmi Bakı Uoltz-Hacıyev danışıqları ilə bağlı hələ ki, rəsmi açıqlama yaymayıb.

Uoltz hansı məhbuslardan - Azərbaycanda həbsdə olan jurnalist və insan haqları və müxalif fəallardan, yoxsa, separatçı erməni məhbuslardan bəhs etdiyini açıqlamayıb.

Azərbaycanda 20-dən çox jurnalist həbsdədir, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi 300-dən çox insanın da həbsdə olduğu bildirilir.

Eyni zamanda ikinci qarabağ müharibəsindən sonra həbs olunmuş erməni separatçı liderlərdən 8 nəfəri Bakıda həbsdədir. ABŞ-dakı erməni diasporası onların azad olunması üçün kampaniyalar aparıb.

Bu arada, Ermənistan Baş naziri Nikol Paşinyan fransalı və iranlı həmkarlarına, tərəfdaşlarına Bakı ilə sülh razılaşması barədə məlumat verib, Yerevandan yayılan rəsmi məlumatlarda deyilir.

Ermənistan Baş naziri Fransa Prezidenti Emmanuel Macron və İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Paşinyan "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş"in hazırda razılaşdırılmış mətni, eləcə də layihə mətniylə bağlı danışıqların bitməsi barədə Macron və Pezeşkianı məlumatlandırıb, məlumatda deyilir.

Videonu Youtube kanalımızda izləyin.

Seçilən
24
1
bbc.com

2Mənbələr