AZ

ABB səhmdarlarına dividend ödəyəcək

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Valyuta.az xəbər verir ki, yığıncaq mayın 7-nə təyin olunub.

Bildirilib ki, “ABB”nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;

2. 2024-cü ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;

3. “ABB” ASC-nin Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması

Ümumi yığıncağın keçirilməsinə dair bildiriş martın 22-dən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə aprelin 15-dən hər bir səhmdar üçün Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).

Seçilən
8
1
valyuta.az

3Mənbələr