Bakı. Trend:
Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli cazpianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindənbiri, Əməkdar artist Vaqif Mustafazadənin 85-ci ildönümünə həsrolunmuş konsert keçirilib. Bank VTB (Azərbaycan) tədbirin sponsoruolub.
Konsertdə tanınmış caz musiqiçiləri, milli və əməkdar artistlər,beynəlxalq müsabiqələrin laureatları çıxış ediblər. İştirakçılararasında Vaqif Mustafazadənin qızı, caz ifaçısı və Azərbaycanınxalq artisti Əzizə Mustafazadə oğlu Ramiz Xanla birlikdə, eləcə dədigər qonaqlar iştirak ediblər.
“Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş konsertinkeçirilməsi Azərbaycanın mədəni irsinin qorunub saxlanması vətəbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu, təkcə böyükbəstəkarın xatirəsinə hörmət deyil, həm də cəmiyyətimizibirləşdirən dəyərlərin dəstəklənməsi istiqamətində mühüm addımdır”,- deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, PərakəndəBiznesin İnkişafı Departamentinin direktoru YevgeniBorodin bildirib.
VTB (Azərbaycan) ənənəvi olaraq ölkəmizdə mədəniyyətistiqamətində layihələri dəstəkləyir. 2024-cü ildə bank BeynəlxalqCaz Gününün tərəfdaşı olub. 2024 və 2025-ci illərdə VTB(Azərbaycan) Vladimir Vısotskinin doğum gününə həsr olunmuşədəbi-musiqili gecənin təşkilinə də öz dəstəyini əsirgəməyib.