Sevillə Sevinci oğluma almazdım, onlar çox... - Tanınmış müğənni necə gəlin istəyir?
Müğənni Xatirə İslam "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" açıqlamasına aydınlıq gətirib.
Qlobal.net xəbər verir ki, "Afaqla onlarla" verilişində qonaq olan Xatirə əvvəlcə bu sözlərini xatırlamayıb:
"Sevil Sevincdən xoşum gəlir. Böyük oğlum olsaydı, onları almazdım. Onlar qısa geyinirlər. İstəyirəm, gəlinim evdə otursun, qəşəng yemək bişirsin, çay dəmləsin. Yeyim, bir az kökəlim. Əkizlər o qədər gözəldilər, həmişə göz önündədirlər. Qısqanc adamam. Kimi demişəm? Xatırlamıram? Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Sağ olsun. Yaxşı muğamlar oxusun". (milli.az)