Bakı. Trend:
“Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinədair Təlimat” təsdiq edilib.
Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Sənədə əsasən, bu Təlimat dəmiryol stansiyasında (bundan sonra -stansiya) qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya,mərkəzləşmə və bloklama (bundan sonra - SMB) qurğularının, həmçininsiqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğuhallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına,dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqdaqatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinəyetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dairtələbləri müəyyən edir.
Bu Təlimatın tələbləri qatarların hərəkəti və manevr işləri üzrəəməliyyatları yerinə yetirən hüquqi şəxslər, fərdi sahibkarlar vəonların işçiləri üçün məcburidir.
İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmiryolunun sahibinin dəmiryol nəqliyyatında qatarların hərəkətinə vəmanevr işinə dair normativ və texniki sənədləri bu Təlimata ziddolmayan hissədə tətbiq edilir.
Qatarların hərəkətinə və manevr işinə dair sərəncamlar qısa vədəqiq verilməlidir. Sərəncamı verən işçi hər dəfə sərəncamın qısatəkrarını dinləməli və onu düzgün anladığına, sonradan isə düzgünyerinə yetirilməsinə əmin olmalıdır (idarəetmə aparatınınindikasiyasına görə, qatar radiorabitəsi, stansiya radiorabitəsi,ikitərəfli park rabitəsi və digər rabitə vasitələri ilə,icraçıların məruzələrinə əsasən və ya şəxsən).