AZ

Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşdi

Bakı. Trend:

Qatarı düzgün olmayan yolla lokomotiv işıqforu ilə idarə edərkənqatarın maşinisti və onun köməkçisi lokomotiv işıqforunun yaşılişığında infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmiryolunun sahibi tərəfindən belə hallar üçün müəyyən edilmiş sürətləhərəkət etməli, sarı işıqda saatda 50 kilometrdən çox olmayansürətlə hərəkət etməli, sarı-qırmızı işıq göründükdə sürəti saatda20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yolişıqforunun qarşısında dayanmalıdır.

Trend xəbərverir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Dəmiryolnəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”da əksini tapıb.

Sənədə əsasən, qatar sarı-qırmızı işıqda dayandıqdan sonraqatarın maşinisti irəlidəki blok-sahənin qatarla tutulu olduğunugördükdə və ya bildikdə, blok-sahənin boşaldılmasını, sarı və yayaşıl işığın görünməsini gözləməli və hərəkəti lokomotivişıqforunun siqnalı ilə davam etdirməli; qatarın maşinistiirəlidəki blok-sahədə qatarın olduğunu bilmədikdə, dayanma vətormozların buraxılması vaxtı ərzində lokomotiv işıqforunda sarı vəya yaşıl işıq görünmədikdə, o, blok-sahənin sonunadək sonrakıhərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağahazır olmaqla və xüsusi sayıqlıqla, saatda 20 kilometrdən çoxolmayan sürətlə hərəkətə yenidən başlamalıdır.

Belə hallarda bloksahə ilə hərəkət zamanı lokomotiv işıqforununqırmızı işığı sarı-qırmızı işığa dəyişildikdə, qatarın maşinistihərəkəti saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkəti davametdirə, sarı və ya yaşıl işıq göründükdə isə sürəti saatda 40kilometrədək artıra bilər

Blok-sahənin sonunda lokomotiv işıqforunun sarı və ya yaşılişığında bu siqnalları rəhbər tutaraq hərəkəti davam etdirməli,qırmızı işıq saxlanıldıqda və ya sarıqırmızı işıq yandıqda qatarınmaşinisti yenidən qatarı dayandırmalı və hərəkəti bu Təlimatıntələblərinə uyğun olaraq davam etdirməli; lokomotiv işıqforundaicazəverici siqnalının yerinə qəflətən sarı-qırmızı, qırmızı və yaağ işıq göründükdə və ya lokomotiv işıqforunda işıqlar söndükdəqatarın maşinisti sürəti saatda 20 kilometrədək azaltmalı və qatarıblok-sahənin sonuna və ya lokomotiv işıqforunda icazəverici siqnalgörünənədək, sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarıdərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, həminsürətlə idarə etməlidir.

Blok-sahənin sonunda lokomotiv işıqforunda sarı-qırmızı, qırmızıvə ya ağ işıq saxlanıldıqda və ya lokomotiv işıqforunda işıqlaryanmadıqda sonrakı hərəkət bu Təlimatın tələblərinə uyğun olaraqyerinə yetirilir, lokomotivdə ALS qurğusunun işi pozulduqda qarşıistiqamətin birinci işıqforu yanında qatarı dayandırmalı, sonradangiriş işıqforunadək (“Stansiyanın sərhədi” siqnal nişanınadək)sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhaldayandırmağa hazır olmaqla saatda 20 kilometrdən çox olmayansürətlə hərəkət etməlidir.

Seçilən
91
19
az.trend.az

10Mənbələr