Bakı. Trend:
Mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobiltətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədənonların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lərreklam daşıyıcısı hesab ediləcək.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Reklam haqqında” Qanuna təklif ediləndəyişiklikdə əksini tapıb.
Bundan əlavə, reklamın yayımlanması üçün istifadə olunaninternet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatlarıistisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və yaonların mobil tətbiqləri reklam daşıyıcısı olan rəqəmsalplatforma sayılacaq.
Həmçinin maddi qazanc qarşılığında öz nüfuzundan istifadəetməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklamfəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxsrəqəmsal platforma təsirçisi adlanacaq.
Rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxilediləcək. Rəqəmsal platforma təsirçisinin hərəkətlərinin məcmusureklam fəaliyyəti hesab ediləcək.
Təklif edilən dəyişikliklə, reklama dair ümumi tələblər dəartırılır.
Belə ki, istehsalının lisenziyalaşdırılması, (satışının)sertifikatlaş-dırılması üçün məcburi tələb olan əmtəələr yalnızmüvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu haldareklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmətarixi və onu verən orqanın adı göstərilməlidir. Reklamdaşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsimümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatınolması barədə məlumat verilməli və reklam İstehlakçısının müvafiqməlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklamolunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamdamüvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə olunabilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdənistifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumatazidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.
Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısıtərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.
Bunlarla yanaşı, reklam daşıyıcısı olan rəqəmsal platformalardareklam şərtləri də müəyyənləşir.
Belə ki, rəqəmsal platforma təsirçisi tərəfindən həyatakeçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”,“sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiətolunmalıdır.
Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilənəmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və yavizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədəreklam istehlakçısı məlumatlandırılmalıdır.
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklamfəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlarverilməlidir:
- hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinineyniləşdirmə nömrəsi;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı,adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinineyniləşdirmə nömrəsi;
- əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklamfəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:
- özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlıştəsəvvür yaratmaq;
- reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklamolunan əmtəə
- yuxarıdakı tələblər audiovizual media subyektlərinin reklamdaşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinəaid edilmir.
Bu qanun Azərbaycan ərazisində olan reklam istehlakçılarınaünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarınada şamil ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.