AZ

Baş nazirdən Azərbaycana gətirilən bu məhsullarla bağlı QƏRAR

"Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, gömrük yığımlarına bir sıra əlavələr edilib.
 

Belə ki, aprelin 1-dən etibarən Azərbaycana gətirilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat, şüşə məmulatlarının 1 tonu üçün 100 manat, armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün 100 manat gömrük yığımı alınacaq.


Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.

Bizim.Media

Seçilən
15
5
bizim.media

6Mənbələr