AZ

Fatih Terim ayın ən yaxşı baş məşqçisi seçildi

Səudiyyə Ərəbistanının Pro Liqa klublarından "Əş-Şəbab"da çalışan Fatih Terim ayın baş məşqçisi seçilib.

Oxu.Az xəbər verir ki, Terimin komandası bu ay çempionatda iki qələbə qazanıb, bir heç-heçə edib.

"Əş-Şəbab" Səudiyyə Ərəbistanı Pro Liqasında 43 xalla 6-cı pillədə qərarlaşıb.

Fatih Terim "Əş-Şəbab"la 13 oyun keçirib, bu görüşlərdə 7 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət alıb.

Mənbə: oxu.az

Seçilən
78
6
oxu.az

7Mənbələr