AZ

DYP bayram günləri ilə bağlı əhaliyə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.

Demokratikmusavat.com -ın məlumatına görə, müraciətdə qeyd olunub ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
115
1
Demokratikmusavat.com

10Mənbələr