AZ

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

Azərbaycandan

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır.“Ulusum”.az xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, ABŞ-yə Azərbaycandan yumurta ixracı ilk dəfə olaraq həyata keçirilir və artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilir.AQTA xatırladıb ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanıb.Bundan başqa AQTA tərəfindən Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

Diqqət Çəkənlər

Tramp və Putin: gizli razılaşmaların pərdəarxası detalları ortaya çıxır

Kantri stilində landşaft: təbiətə yaxınlaşma

Hansı qidalar tromboz riskini azaldır?

Seçilən
30
4
ulusum.az

8Mənbələr