Bakı. Trend:
Ötən il Azərbaycanda portfel investisiyaları üzrə xalis maliyyəaktivləri 700.4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə960.9 milyon dollar azalıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət(60.8 milyon dollar) sektorunun, kapitalda iştiraka təminat verənqiymətli kağızların (79.7 milyon dollar) və bankların (719.4 milyondollar) hesabına artıb. Digər (159.5 milyon dollar) sektorlarınhesabına azalıb.
Öhdəliklər əsasən, dövlət (875.0 milyon dollar) sektorunun,kapitalda iştiraka təminat verən qiymətli kağızların (12.7 milyondollar), bankların (49.0 milyon dollar) və digər (24.2 milyondollar) sektorların hesabına isə azalıb.