Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail Hərbi Hava Qüvvələri tərəfindən ötən gecə anklavın ərazisinə endirilən hava zərbələri nəticəsində öldürülüb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, HƏMAS hökumətinin baş naziri əd-Daalis İsrail Hərbi Hava Qüvvələrinin son hücumu nəticəsində həlak olub. Bildirilib ki, mərmi əd-Daalisin olduğu evə düşüb.
Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətində daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.
HƏMAS tərəfindən hələlik rəsmi şərh verilməyib.