AZ

Ötən il qeyri neft-qaz sektorunda 11.5 milyard dollar kəsir yaranıb

2024-cü il üzrə xarici ticarət dövriyyəsi 43.2 milyard ABŞ dolları təşkil edib, neft-qaz sektoru üzrə 20.3 milyard ABŞ dolları həcmində profisit qeyri neft-qaz sektoru üzrə 11.5 milyard ABŞ dolları həcmində kəsiri tam bağlayıb.

FED.az  bu barədə Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə xarici ticarət balansında 8.8 milyard ABŞ dolları həcmində profisit yaranıb.

2024-cü ildə Azərbaycanın dünyanın 180 ölkəsi ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14.4%-i MDB üzvü olan ölkələrin, 85.6%-i isə digər xarici ölkələrin payına düşür.

Seçilən
43
1
fed.az

2Mənbələr