Bakı. Trend:
Müharibə absurddur, gəlin Yer kürəsini tərksilah edək.
Trend xəbərverir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinəmüsahibəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskdeyib.
Xəstəxanada müalicəsi davam edən pontifik sülh və tərksilahçağırışını yeniləyib:
“Biz sözləri, zehni və Yer kürəsini tərksilah etməliyik.Müharibə yalnız icmaları və ətraf mühiti məhv edir. Münaqişələrinhəlli yollarını təklif etmədən diplomatiyanın və beynəlxalqtəşkilatların yeni həyat və etibarlılığa ehtiyacı var”.
Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papasının səhhətininyaxşılaşmağa davam etdiyini açıqlayıb.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli”xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrobinfeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.