Fransa 6 yeni Avropa təzyiqli su reaktoru (EPR) tikməyi planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamaya görə, 2022-ci ildən etibarən hər il milli nüvə addımlarının müəyyənləşdirilməsi istiqamətində addımlar atan Nüvə Siyasəti Şurası (CPN) dünən dördüncü dəfə toplaşıb. İclasda artıq atom elektrik stansiyalarının mövcud olduğu Penly, Gravelines və Bugeydə 6 yeni Avropa təzyiqli su reaktorunun tikintisi qərara alınıb. Bildirilib ki, reaktorlardan birincisi 2038-ci ilə qədər istifadəyə veriləcək.
Qeyd edilib ki, yeni nüvə reaktorları “mövcud geosiyasi çərçivədə Fransanın uran suverenliyini təmin etməyə” xidmət edəcək. Fransada nüvə enerjisi ölkədə elektrik enerjisi istehsalının əsas mənbəyidir. Fransızlar elektrik enerjisinin təxminən 70 faizini nüvə enerjisindən alırlar. Bu arada, Fransa yaşıl enerjiyə keçid çərçivəsində 2035-ci ilə qədər nüvə enerjisinin digər mənbələr arasında payını 50 faizə endirməyi planlaşdırır.