AZ

Ötən il atmosferə atılan zərərli maddələrin həcmi azalıb

Ötən il atmosferə atılan stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi azalıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2023-cü illə müqayisədə 2,2 min ton azalaraq ümumilikdə 963 min ton təşkil etib:

"Onun da 88 faizi və ya 847,2­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 3,2 faiz artmış, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 19,8 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərlitullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 14,4 min ton, Sumqayıt şəhərində 0,3 min ton, Mingəçevir şəhərində isə 0,2 min ton azalıb".

Seçilən
47
9
aznews.az

10Mənbələr