Bakı. Trend:
Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlimkeçirib.
TrendQazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərverir ki, təlimin keçirilməsində məqsəd komandirlərin və taktikibirləşmələrin döyüş hazırlığının, peşəkarlığının artırılması,asimmetrik təhlükələr şəraitində döyüş əməliyyatları keçirməyəhazırlığının yoxlanılmasıdır.
Üç mərhələdən ibarət komanda-qərargah təliminə səfərbərlikresursunun qəbulu məntəqələrinin yerləşdirilməsi, gəmilərin Aktaudəniz limanına daxil olması, bazaların və digər stratejiəhəmiyyətli dəniz təsərrüfat fəaliyyəti obyektlərinin mühafizəsi vəmüdafiəsi daxildir.
Bundan əlavə, “şübhəli” gəmiyə baxış keçirilib və “təciliyardım” gəmisinə yardım göstərilib.
Təlimdə dəniz minalarına, yerüstü və hava hədəflərinə praktikiatışlar aparılıb. İntihar katerləri, pilotsuz uçuş aparatları vəhava hücumu silahlarının müxtəlif vasitələrdən istifadə etməkləhücumlarının dəf edilməsi tapşırıqları yerinə yetirilib.