AZ

Qazaxıstanla Azərbaycan Xəzərdə hərbi dəniz təlimləri keçirəcək

Qazaxıstan və Azərbaycan "Caspian Breeze - 2025" birgə hərbi dəniz təlimləri keçirəcək.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
Təlimlər tezliklə Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq.
 
"Dənizçilər asimmetrik təhlükələrin dəf edilməsi, qəza vəziyyətində olan təyyarə, gəmi və gəmilərə yardımın göstərilməsi, həmçinin dəniz və hava hədəflərində canlı atışlar həyata keçirəcəklər. Təlimlər ölkələrimizin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına və əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş geniş tapşırıqları əhatə edəcək", - deyə məlumatda bildirilir.
 
Məlumatda qeyd olunur ki, təlimlərə dəniz bazasının sahil bölmələrinin və gəmilərinin şəxsi heyəti cəlb olunacaq. Təlimlər üçün Azərbaycandan iki patrul gəmisi, bir yardımçı gəmi və sahil bölmələri gedəcək.
Seçilən
138
13
moderator.az

10Mənbələr