AZ

Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub...

Poliqon bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiyaya gedənlərin sayı isə 27,7 % azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 %-i hava, 29,7 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Poliqon.info

Seçilən
48
22
poliqon.info

10Mənbələr