AZ

Sahib Məmmədli də Baş Prokurorluğa çağırıldı

Xəbər verdiyimiz kimi, son günlər ölkənin siyasi gündəmini təşkil edən bir məsələ də Azərbaycan Baş Prokurorluğunda “QHT İşi” ilə bağlı cinayət işinin başladılmasıdır.

Hurriyyet.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı hətta çoxsaylı hökumətyönümlü QHT rəhbərləri də Baş Prokurorluğa çağırılıb.

Bildirilir ki, bu proses çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər sorğuya çəkilir.

Bundan əvvəl proses çərçivəsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və ictimai fəal Alpay Məmməd də həbs edilib.

Məlumata görə, dindirilməyə cəlb edilən şəxslərdən biri də “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçmiş üzvü, o cümlədən Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədlidir.

Məsələ ilə bağlı Sahib Məmmədlinin özü ilə əlaqə saxlasaq da, ondan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb. 

Belə ki, əməkdaşımızın sualını eşidən Sahib Məmmədli telefonun dəstəyini asıb.

Gununsesi.info

Seçilən
17
1
hurriyyet.az

4Mənbələr