AZ

Azərbaycan millisi Maltaya uduzdu

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində Maltaya məğlub olub.

Fanat.Az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununda cırtdan ölkənin təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Görüş Bayıl stadionunda baş tutub.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib - 3:2.

Seçilən
53
2
fanat.az

4Mənbələr