Astrologiya inanclarına görə, bəzi bürclər müəyyən illərdə ailə həyatı və valideyn olmaqla bağlı daha çox şans əldə edə bilər. 2025-ci il də bu baxımdan bir sıra bürclər üçün önəmli olacaq.
Publika.az 2025-ci ildə uşaq sahibi olma ehtimalı yüksək olan 4 bürcü təqdim edir:
Xərçəng bürcü ailəcanlı və sevgi dolu təbiəti ilə tanınır. 2025-ci ildə onların ailə qurmaq və ya valideyn olmaq arzuları daha da güclənə bilər. Xüsusilə yaz aylarında romantik münasibətlərdə irəliləyişlər gözlənilir.
Həssas və şəfqətli Balıqlar üçün 2025-ci il emosional olaraq çox məhsuldar ola bilər. Bu dövrdə ailə qurmaq və ya uşağa sahib olmaq kimi arzularının reallaşma ehtimalı yüksəkdir. Xüsusən payız ayları bu baxımdan əlverişli ola bilər.