AZ

23 yaşlı gəncin meyiti tapıldı

Şəkidə 23 yaşlı gəncin meyiti aşkar edilib.

Milli.Az bildirir ki, hadisə rayonun Daşüz kəndində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Mahir Səmədovun meyiti yaşadığı evin həyətində yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı M. Səmədovun həyatını sonlandırdığı məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Seçilən
74
9
milli.az

10Mənbələr