AZ

Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR

Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, hadisə Nəsimi bazarı yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli hakimiyyet.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində qeydə alınıb.

"Cavid Əliağa oğlu Xudaverdiyevin etibarnamə əsasında idarə etdiyi 10-MX-646 dövlət nömrə nişanlı "Mitsubishi Galant" markalı avtomobillə Mehman Məhəmməd oğlu Nəcəfovun etibarnamə əsasında idarə etdiyi 77-MO-698 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində Nailə Rafiq qızı Xudaverdiyeva xəsarət alıb. Faktla bağlı araşdırma aparılır ",- deyə R. Əhmədli bildirib.

Əzizə İsmayılova

Seçilən
22
5
hakimiyyet.az

6Mənbələr