AZ

İkinci Liqa: “Lerik”dən çətin qələbə, “Şəfa”dan 10 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Şəki Siti” – “Göygöl” və “Şəmkir” – “Şahdağ Qusar” oyunlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beş qolun qeydə alındığı “Lerik” – “Ağdaş” matçında meydan sahibləri qələbə qazanıblar.

Səfərdə “Araz Saatlı” ilə qarşılaşan “Şəfa” isə 10 cavabsız qola sevinib.

17-ci turun qalan oyunları sabah keçiriləcək.

İkinci Liqa
17-ci tur
18 mart

“Şəki Siti” – “Göygöl” 1:1
Qollar: Osman Soltanov, 83-pen – Elcan Rəhimov, 73.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəki şəhər stadionu, 15:30.

“Lerik” – “Ağdaş” 3:2
Qollar: Penci Ağazadə, 37. Ruslan Tağızadə, 55. Zaur Nuruzadə, 62-pen – Elçin Süleymanov, 64. Ramal Əhmədov, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Şəmkir” – “Şahdağ Qusar” 1:1
Qol: Vüsal Hüseynov, 27-öz qapısına – Rubin Seyidov, 6.
Hakimlər: Kamran Əliyev, Aydın Baxşıyev, Orxan İbişov, Niyaz Əhmədov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Araz Saatlı” – “Şəfa” 0:10
Qollar: Əsgər Hüseynov, 4. Amil Yunanov, 7; 30; 32; 35. Elnur Cəfərov, 40. Elvin Nəsibov, 47-pen; 54; 90. Ruslan Hacıyev, 57-pen.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

19 mart

“Füzuli” – “Hypers Quba”
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şimal” – “Qusar”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Siyəzən şəhər stadionu, 15:30.

“Kür-Araz” – “Dinamo”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:30.

Seçilən
18
2
arena.az

3Mənbələr