Bakı. Trend:
Martın 18-də Bakı Biznes Universitetində professor-müəllimheyəti və tələbələrin iştirakı ilə xalqımızın ən qədim və əzizbayramlarından biri olan Novruz bayramına həsr olunmuş möhtəşəmtədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb.
Təbrik nitqi ilə çıxış edən Universitetin rektoru, professorİbad Abbasov Novruz bayramının tarixi əhəmiyyətindən, xalqımızınmilli dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsindəoynadığı mühüm roldan danışıb. Rektor, vurğulayıb ki, Novruzbayramı insanları bir araya gətirən, həmrəylik və dostluqdəyərlərini gücləndirən xüsusi bir bayramdır. O, Universitetinbütün kollektivini və tələbələri bu bayram münasibətilə səmimiqəlbdən təbrik edərək onlara can sağlığı, bol ruzi-bərəkət vəxoşbəxtlik arzulayıb.
Daha sonra universitet rəhbərliyi Universitetin yaradılmasının32-ci ildönümü münasibətilə keçirilən “Universitet günlərin”tədbirlərində işitrak edərək təhsildə, sosial-ictimai işlərdə,idmanda fərqlənən tələbələri fəxri fərmanlarla təltif edib vəonlara uğurlar diləyib.
Tədbirin gedişində rektor Novruzun simvollarından biri olanbayram tonqalını qalayıb, Bakı Biznes Universitetinin rəqskollektivinin təqdimatında “Alagöz”, “Qafqaz” və “Naz eləmə”rəqsləri nümayiş etdirilib və Bakı Biznes Universitetinin xorkollektivinin təqdimatında Üzeyir Hacıbəylinin “Arşın mal alan”operasından “Qızların xoru” mahnısı ifa edilib. Novruz bayramınınatributlarından olan Kosa-keçəl və Bahar qızının təqdimatında isəNovruzun ənənəvi elementlərini özündə əks etdirən maraqlı səhnələrnümayiş olunub, tələbə və müəllimlərlə yumurta döyüşdürmə,qaravəlli, qodu-qodu və digər milli oyunlar oynanılıb, tələbələrtərəfindən hazırlanan bayram xonçaları və rəsm əsərləri nümayişetdirilib. Tədbir Universitet tələbələrinin iştirakı ilə tonqalətrafında “Yallı” rəqsi ilə yekunlaşıb.