AZ

Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaponiya, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı verilən bəyanatları alqışlayır".
Oxu.Az-ın Yaponiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kitamura Toşihiro Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı razılaşma barədə danışarkən bildirib.
"İki ölkə arasında münaqişənin yekun həlli, Qafqaz regionunda sülh və sabitlik üçün həlledici əhəmiyyət kəsb edir. Yaponiya ümid edir ki, iki tərəfin razılaşdırdığı sülh sazişi ən qısa zamanda imzalanacaq və regionla bağlı məsələlər sülh yolu ilə və daimi şəkildə öz həllini tapacaq", - deyə Kitamura Toşihiro qeyd edib.
Seçilən
92
31
oxu.az

10Mənbələr