ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Den Skavino deyib.
“Söhbət yaxşı gedir və hələ də davam edir”, - Ağ Ev sözçüsü bildirib.
O qeyd edib ki, söhbət bir saatdan artıqdır, davam edir.
***
Ağ Evin yaydığı məlumata əsasən, ABŞ lideri Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.