Aİ Şurası Moldovaya 1,9 milyard avro məbləğində yardım paketini təsdiqləyib.
Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Qeyd olunub ki, yardım respublikada islahatların sürətləndirilməsinə kömək edəcək və bu, onu Aİ üzvlüyünə yaxınlaşdıracaq: "1,9 milyard avroluq paket Aİ-nin Moldovaya ən böyük maliyyə yardımı paketidir. Bu, iqtisadiyyatı gücləndirəcək və islahatları sürətləndirməklə ölkəni Aİ üzvlüyünə yaxınlaşdıracaq".