AZ

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib (FOTO)

Bakı. Trend:

Martın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiyaiclası keçirilib.

Trend xəbər verirki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumatdabildirilir.

Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların vəregional maliyyə müfəttişliklərinin rəhbərlərinin iştirakı iləkeçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayevbildirib ki, ötən il Azərbaycan üçün uğurlu il olub, mühümictimai-siyasi hadisələrlə yadda qalıb. Ölkəmizin bütün əraziləriüzərində dövlət suverenliyi tam bərqərar etdikdən sonra keçirilənümumxalq seçkilərində – fevral ayında prezident, sentyabr ayındaisə Yeddinci çağırış Milli Məclisə seçkilərdə xalqımız birlik vəmütəşəkkillik göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyiuğurlu siyasətin davam etməsinə və bununla da sabitliyə, iqtisaditərəqqiyə, firavan həyata səs verib. İlin digər əlamətdar hadisəsiisə Bakı şəhərində yüksək səviyyədə təşkil edilən COP29 iqlimkonfransında Azərbaycanın möhtəşəm təşkilatçılığı və bütün dünyayaverilən cəsarətli mesajlar dövlətimizin beynəlxalq nüfuzunu daha daartırıb.

Kollegiyanın sədri qeyd edib ki, il ərzində bütün prioritetsahələr üzrə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası vəyenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarınaqaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması,işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına yenidəninteqrasiyası, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha damöhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatınıngücləndirilməsi və digər ümdə vəzifələr uğurla icra olunub.

İclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindəngörülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaqnəzarət tədbirləri haqqında məruzə dinlənilib. Qeyd olunub ki,2024-cü ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən BaşProkurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətiniş planına, vətəndaş müraciətlərinə əsasən ümumilikdə 100 nəzarətobyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manatməbləğində artıq və əsassız ödənişlər aşkar edilib, bu vəsaitin 5,2milyon manatı təqsirkar şəxslər tərəfindən bərpa edilib, qalanhissəsinin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermişvəzifəli şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindəntədbirlər görülür.

Bildirilib ki, Xidmətin cari il üçün iş planına daxil edilənnəzarət obyektlərinin seçilməsi dövlət büdcəsindənmaliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorununtəhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiqedilib.

S.Babayev qarşıdakı dövrdə dövlət büdcəsindən ayrılanvəsaitlərin təyinatı üzrə xərclənməsi ilə əlaqədar həyata keçirilənnəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha daartırılmasını, təhlillərin və monitorinqlərin əhatə dairəsiningenişləndirilməsini Xidmət qarşısında əsas vəzifə kimimüəyyənləşdirib. Nazir nəzarət obyektinə getmədən təhlil metodu ilənəzarət tədbirlərinin aparılmasına dair ilkin modelin hazırlanması,praktik nəzarət tədbirlərinin operativliyinin təmin edilməsiməqsədilə təkliflərin hazırlanmasını tapşırıb.

Kollegiya iclasında “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nınmaliyyə təminatı və icra vəziyyətinə dair təqdimat olub. BütünlükləAzərbaycan dövlətinin öz imkanları hesabına maliyyələşdirilənDövlət Proqramına əsasən həyata keçirilən investisiya təyinatlılayihə və tədbirlərə 2020-2024-cü illərdə dövlət büdcəsindənümumilikdə 17,55 milyard manat, o cümlədən, 2020-ci ildə 55 milyonmanat, 2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyardmanat, 2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347milyard manat maliyyə vəsaiti ayrılıb.

Ayrılmış vəsaitin sahələr üzrə bölgüsünə gəlincə qeyd olunub ki,nəqliyyat sektoru, o cümlədən avtomobil və dəmir yolları,məskunlaşma, şəhərsalma-arxitektura işləri, kənd təsərrüfatı vəmeliorasiya sahəsi, sosial sahələr və kommunal sektor,hüquq-mühafizə, minatəmizləmə və digər sahələr üzrə layihə vətədbirlərin maliyyələşdirilməsi sifarişçi qurumların müraciətlərinəuyğun olaraq tam təmin edilib.

Nazir S.Babayev dövlət büdcəsinin əsaslı xərclərinin ənprioritet istiqaməti kimi azad olunmuş ərazilərin yenidən qurulmasıvə bərpası istiqamətində həyata keçirilən tədbirlər üçün zərurimaliyyə təminatının yaradılmasının daim diqqət mərkəzində olduğunu,büdcənin bütün imkanlarının adətən bu istiqamətə səfərbəredildiyini diqqətə çatdırıb.

İclasda Maliyyə Nazirliyində sənəd menecmenti sahəsində işləringedişi və nəticələrinə dair məruzə dinlənilib, sənəd menecmentininrəqəmsallaşdırılması və elektron xidmətlərin genişlənməsinə dairmüzakirələr aparılıb. Qeyd olunub ki, Maliyyə Nazirliyində sənədmenecmentinin rəqəmsallaşdırılması çərçivəsində Büdcə Məlumatİdarəetmə Sistemi (BMİS) və digər elektron platformalar vasitəsilədövlət qurumları arasında informasiya mübadiləsi və sənəddövriyyəsi avtomatlaşdırılıb. 2024-cü ildə BMİS vasitəsilə 10125sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlət qurumu qoşulub və 874aktiv istifadəçi qeydiyyata alınıb. Sistemin inteqrasiyasınəticəsində büdcə göstəriciləri və əlavələri elektron qaydadatəqdim edilərək, dövlət və icmal büdcəsinin tərtibi prosesisürətləndirilib. Bundan başqa, Nazirlik tərəfindən “e-mühasibat”,“e-azadolma” və “QHT-hesabat” sistemləri tətbiq edilməklə maliyyəvə mühasibatlıq sahəsində elektron xidmətlərin dairəsigenişləndirilib.

Kollegiya iclasında cari ildə Maliyyə Nazirliyinin qarşısındaduran vəzifələr barədə danışan S.Babayev bildirib ki, ilk növbədəşəffaflıq tam təmin olunmalı, təhillər aparılmalı, büdcətəşkilatları ilə münasibətdə süründürməçiliyə yol verilməməli,ədalətli yanaşma, operativlik və səmərəlilik təmin olunmalıdır.Nazir qarşıdakı dövrdə büdcə proqnozlaşdırılması üzrə fəaliyyətindaha da təkmilləşdirilməsi, ehtiyatların müəyyən edilməsi vəlüzumsuz xərclərin azaldılması, ölkə üzrə əmək haqqı xərclərininavtomatlaşdırılması, saxlanma xərclərinin standartlaşdırılması,əsaslı vəsait qoyuluşu xərclərində nəticə əsaslılığının təminolunması, maliyyə iqtisadi əsaslandırmanın müvafiq standartının,vahid formasının yaradılması istiqamətində ardıcıl addımlarınatılacağını qeyd edib.

S.Babayev yeni yaradılması və ya təkmilləşdirilməsi zəruri olanelektron sistemlər və ya altsistemlər üzrə Maliyyə Nazirliyininrəqəmsal transformasiya strategiyasına uyğun rəqəmsal yolxəritəsinin hazırlanması, dövlət maliyyə vəsaitlərinin uçotu,bölgüsü, istifadəsi və hesabatlılığını təmin edən təkmil elektronməlumat bazasının formalaşdırılması və inteqrasiyası ilə bağlıtapşırıqlar verib. Eyni zamanda, vahid məlumat bazasının dövlətmaliyyə vəsaitlərinin real vaxt rejimində vəziyyəti, dövriyyəsi vəməqsədyönlü istifadəsi ilə bağlı məlumatların toplanılması vətəhlili üçün imkanların yaradılmasının vacibliyini bildirib.

Kollegiyanın sədri, həmçinin 2026-cı il dövlət və icmal büdcəlayihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərininvaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiqbüdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi iləbağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icraardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı tapşırıqlarverib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbuledilib.

Maliyyə
Maliyyə
Seçilən
39
11
az.trend.az

10Mənbələr