Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclası giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının fəaliyyəti haqqında məlumat verib.
Toplantında komissiyanın yeni tərkibi müəyyənləşib. 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Təranə Abbasova (ağırlıqqaldırma), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri seçilib.
MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirilib
Formula 1: Azərbaycan Qran Prisi 2025-ə marşal qeydiyyatı başladı - FOTO
Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək
Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb
Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi