AZ

Azərbaycan millisi Haiti ilə oyunun hazırlığına start verdi

Futbol üzrə Azərbaycan millisi Haiti və Belarus yığmalarına qarşı keçirəcəyi yoxlama oyunlarından öncə ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, baş məşqçi Fernando Santosun rəhbərliyi altında hazırlıq prosesinə 25 futbolçu qatılıb.

Rəhman Daşdəmirov, Şahin Şahniyarov, Xəyal Əliyev və Ağadadaş Salyanski kimi futbolçular ilk dəfə əsas millinin heyətində toplanışa qoşulublar.

Xatırladaq ki, Azərbaycan millisi martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.

Seçilən
45
1
arena.az

2Mənbələr