Görüntülərdə səfər çərçivəsində bir sıra obyektlərin açılışı əks olunub.
Bunlardan biri Suqovuşunda məscidin açılışı olub. Bundan başqa, səfər çərçivəsində sözügedən qəsəbədə yaşayış kompleksi istifadəyə verilib.
Prezident və birinci xanım eyni zamanda Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını da alovlandırıblar.