"Barselona" klubu polşalı qapıçı Voyçex Şensnı ilə bağlı qərarını verib və onu komandada saxlamağı planlaşdırır.
Publikaaz xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
La Liqa nəhəngi, 34 yaşlı qapıçı ilə danışıqlara başlayıb və ona yeni müqavilə təklif edib. Şensnı isə klubda qalmağa müsbət yanaşır.