AZ

BYD 5 dəqiqəlik elektrodoldurma texnologiyasını elan etdi

Çinin elektromobil istehsalçısı BYD-in səhmləri, şirkətin qurucusu Van Çuanfunun enerji doldurma texnologiyasında inqilabi yeniliyə nail olunduğunu elan etməsindən sonra rekord səviyyəyə çatıb.

Demokratikmusavat.comxəbər verri ki, bu barədə "Financial Times" yazır.

Van Çuanfu vurğulayıb ki, BYD elektromobilləri artıq "benzinlə işləyən avtomobillər qədər tez doldurula bilər".

Honq Konq birjasında BYD-in səhmləri 4% bahalaşaraq 401,40 Honq Konq dollarına çatıb. Son bir ildə isə şirkətin səhmlərinin qiyməti 85% artıb.

Yeni sistem avtomobilin enerji ehtiyatını 5 dəqiqə ərzində 470 km-ə qədər artırmağa imkan verir. Lakin bunun üçün kifayət qədər güclü xüsusi doldurma stansiyaları tələb olunur. İlkin mərhələdə BYD belə 4 000 cihaz quraşdırmağı planlaşdırır.

Omdia analitiki Kris Lyuya görə, bu il Çində təxminən 460 000 yeni ictimai doldurma qurğusu quraşdırılacaq ki, bu da dünya üzrə ümumi göstəricinin üçdə ikisini təşkil edir.

Aprel ayından etibarən BYD bu yeni texnologiyanı dəyəri 40 000 dollara qədər olan iki populyar SUV modelində tətbiq edəcək.
Xatırladaq ki:

• Çin avtomobil istehsalçısı BYD Almaniyanı Avropada üçüncü zavodunun mümkün yerləşmə yeri kimi nəzərdən keçirir.
• BYD avtomobil sektorunda son on ilin ən böyük əlavə səhmlər buraxılışı ilə 5,6 milyard dollar cəlb edib.(Qaynarinfo)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
42
4
Demokratikmusavat.com

5Mənbələr