Ukrayna prezidenti Vladimir Zelenski hərbi yardımla bağlı danışıqlar aparmaq üçün Finlandiyaya gedib.
Modern.az xəbər verir ki, Telegram-dakı mesajında Ukrayna prezidenti finlandiyalı həmkarı Aleksandr Stubb, ölkənin baş naziri Petteri Orpo və müdafiə sənayesinin nümayəndələri ilə görüşəcəyini qeyd edib.
Zelenskinin sözlərinə görə, görüşlər “müdafiəyə dəstək, Ukraynada silah istehsalına investisiyalar və Ukraynanın Avropaya inteqrasiyasına” həsr olunacaq.
Finlandiya prezidenti də öz növbəsində danışıqların çərşənbə günü prezident sarayında baş tutacağını təsdiqləyib.