Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı qərar qəbul olunarsa, Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı təxribat kimi ordudan istifadə etməyə cəhd edə bilərlər...
Poliqon xəbər verir ki, bu fikri ABŞ ordusunun keçmiş əsgəri Mark Sleboda Jamarl Thomas YouTube kanalında bildirib.
Sleboda Avropa qoşunlarının Ukraynada mümkün mövcudluğunu “tripwire” ilə müqayisə edib. Onun sözlərinə görə, Britaniya və Fransa NATO qoşunlarının atəşə tutulacağı təqdirdə bu, ABŞ prezidenti Donald Trampı müdaxilə etməyə məcbur edəcəyinə, nəticədə sülh prosesinin uğursuzluğa düçar olacağına ümid edir.
Ekspert əlavə edib ki, buna baxmayaraq, Avropa ölkələrinin belə imkanları yoxdur. Keçmiş hərbçi hesab edir ki, Starmer və Makron qoşunlarını Ukraynaya göndərə bilər, amma döyüş meydanına yox, məsələn, Odessa, Lvov, Kiyevə, lakin bunun üçün heç bir resurs yoxdur.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp martın 18-də ikinci rəsmi telefon danışığını keçirib. Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib. İki lider Ukrayna nizamlanması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq haqqında danışıblar.
Daha sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Putin və Trampın təmasları zamanı əldə olunan razılaşmaların təfərrüatlarını müzakirə etmək üçün yeni danışıqların keçiriləcəyini açıqlayıb.
Poliqon.info