AZ

Azərbaycan Sloveniyaya metanol satışından gəlirlərini 70%-dən çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan Sloveniyaya 6,1 min tonmetanol (metil spirti) ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldəolunan gəlir 2 milyon ABŞ dolları olub.

Sloveniyaya metanol ixrac ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 90 ton və ya 1,5% azalıb, dəyər ifadəsi ilə 838min ABŞ dolları, yaxud da 71,1% artıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Sloveniyaya 6,2min ton miqdarında, 1,2 milyon ABŞ dolları dəyərində metanol ixracedilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 35 minton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanolixracından əldə olunan gəlirin həcmi 11,1 milyon ABŞ dolları olub.Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 4,2 min ton və ya 10,8% azalıb, dəyər ifadəsi ilə 3,8 milyonABŞ dolları, yaxud da 52,4% çoxalıb. 2024-cü ilin yanvarındaAzərbaycandan 39,2 min ton miqdarında, 7,3 milyon ABŞ dollarıdəyərində metanol ixrac olunub.

Ötən ay ixrac edilən metanolun bir tonu üçün qiymət 318,2 ABŞdolları olub ki, bu da, illik müqayisədə 131,9 ABŞ dolları və ya70,8% bahadır. Ötən ilin ilk ayında bu qiymət 186,3 ABŞ dollarıidi.

Həmçinin, hesabat dövründə ixrac edilən metanol ümumi ixracın0,40%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,29%-ni təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə,Türkiyəyə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixracedilib.

Seçilən
12
4
az.trend.az

7Mənbələr